Prosineçkinin menecerindən Azərbaycan millisi ilə bağlı AÇIQLAMA

İDMAN 18 dek 2019, 22:14

“AFFA rəhbərliyi birbaşa olaraq Robert Prosineçki ilə görüşüb”.

 

Demokrat.az xəbər verir ki, bunu xorvatiyalı məşqçinin meneceri Yaşar Çalışır deyib.

 

Prosineçkinin yenidən millimizi çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən türkiyəli agentin sözlərinə görə, AFFA 50 yaşlı mütəxəssisə təklif göndərib: “AFFA rəsmiləri Prosineçkiyə rəsmi təklif göndərib. Amma Robertin alternativ variantları var. Son qərarı Prosineçki verəcək. Ətraflı çox məlumat verə bilmərəm”.

 

Qeyd edək ki, Prosineçki daha öncə millimizə Yaşar Çalışarın vasitəsiylə gətirilmişdi (qafqazinfo.az).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top