Səfir: "Keşikçidağla bağlı status-kvo mərhələli şəkildə bərpa olunur"

SİYASƏT 18 dek 2019, 21:36

"Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı status-kvo mərhələli şəkildə bərpa olunur”.

 

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

 

O, hazırda ruhanilərin kompleks ərazisində sərbəst şəkildə hərəkət etdiklərini deyib.

 

Səfir qeyd edib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyətini davam etdirir: "Komissiyanın növbəti iclasının gələn ilin əvvəlində Tbilisidə keçirilməsi nəzərdə tutulur. Toplantıda vacib nəticələrin əldə olunacağına ümid edirəm".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top