Azərbaycanlı futbolçu medalını satışa çıxardı – FOTO

İDMAN 18 dek 2019, 20:31

Azərbaycan çempionatının Əvəzedici Komandalar arasında keçirilən yarışın bürünc medalı satışa çıxarılıb.

 

Demokrat.az fanat.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan futbolçu bürünc medalını auksion vasitəsiylə satmaq niyyətindədi. Bu barədə elan sosial şəbəkələrdəki auksion səhifələrindən birində yer alıb. Start qiyməti 1 manatdır.

 

Hələlik medala maraq böyük deyil və artım cəmi 6 manata qədər çatıb.

 

Medal 2010/2011-ci il mövsümünə aiddir. Elanda qeyd olunur ki, medal bürünc materialdan hazırlanıb. İstehsalçı "ARTHUS -BERTRAND DEPİUS 1803 PARİS"dir.

 

Xatırladaq ki, 2010/2011-ci il mövsümündə əvəzedicilərin yarışında bürünc medalları "Qəbələ" komandası qazanıb. Çempion "Bakı" olub, 2-ci yeri isə "Turan"ın gəncləri tutub.

 

Qeyd edək ki, elanda medalın birinci dəstəyə aid olduğu yazılır. Amma medalın üzərində onun əvəzedici komandaların yarışına aid olduğu qeyd edilib.

 

Azərbaycanlı futbolçu medalını satışa çıxardı - FOTO

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top