Zelenski Bakı Slavyan Universitetində — FOTOLAR

SİYASƏT 17 dek 2019, 18:59

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya dekabrın 17-də Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Ukrayna Tədris-Mədəniyyət Mərkəzi ilə tanış olublar.


Demokrat.az xəbər verir ki, mərkəzin müdiri Lesya Kərimova Prezident Vladimir Zelenskiyə və xanımı Yelena Zelenskayaya burada yaradılan şəraitlə bağlı məlumat verib.


Lesya Kərimova qeyd edib ki, Mərkəzdə Ukrayna və Azərbaycanın mədəni irsinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri aparılır. Mərkəz Ukraynanın ölkəmizdəki səfirliyi, Ukraynanın Azərbaycan diasporu və Ukraynanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Sonra “Slavyanoçka” ansamblı Ukrayna dilində mahnılar səsləndirib.


Daha sonra Vladimir Zelenski və birinci xanım Yelena Zelenskaya Ukrayna diasporunun nümayəndələri ilə görüşüblər.


Diaspor nümayəndələri Azərbaycandakı fəaliyyətləri haqqında Prezidentə məlumat veriblər. Diasporun fəaliyyətini yüksək qiymətləndirən Vladimir Zelenski yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top