Bakı-Tbilisi-Qars dəmir yolu xətti Naxçıvana birləşdirilə bilər? — Cavid Qurbanov AÇIQLADI

İQTİSADİYYAT 17 dek 2019, 14:02

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb. 


Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. 


Onun sözlərinə görə, bəzi əngəllərə baxmayaraq, hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. 


Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir. Belə ki, C.Qurbanovun sözlərinə əsasən, hazırda Qazaxıstan tərəfi ilə əlavə yüklərin bu dəmir yolu xətti ilə daşınması istiqamətində işlər aparılır və bu da əlavə 500-600 min ton yükün cəlb edilməsi deməkdir. 


C.Qurbanov bildirib ki, sözügedən xətlə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır:


“Yaxın zamanda bu istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Sənədlər imzalanandan sonra sərnişin daşımalarına start veriləcək”. 


BTQ xəttinin Naxçıvanla birləşdirilməsi məsələsi ilə bağlı C.Qurbanov onu da qeyd edib ki, bunun üçün 280 km xətt Türkiyə ərazisində tikilməlidir, bu da 2 milyard ABŞ dollarına yaxın sərmayə tələb edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top