Şəhriyar Məmmədyarov yenə sponsorsuzluqdan şikayətləndi

İDMAN 16 dek 2019, 21:32

Bir müddət öncə sponsor və dəstək olmamasından şikayətlənən Şəhriyar Məmmədyarov yenidən gündəmə gəlib.


Demokrat.az qol.az-a istinadən xəbər verir ki, bu dəfə türkiyəli yazar Dimes Hak beynəlxalq qrossmeysterimizin dəstəksiz qalması ilə bağlı Feysbukda paylaşım edib.


Hak Şəhriyara məşqçisinin olmamasını xüsusi vurğulayıb: "Şəhriyar Məmmədyarov namizədlər turnirindən kənarda qaldı. Bu onun üçün psixoloji olaraq zərbədir. Ona diqqət ayrılmamasına xüsusi diqqət çəkmək lazımdır. Məmmədyarov yarışlarda komanda yoldaşlarının köməyi ilə çıxış edir. Bu mənəvi dəstək olsa da, bəzi görüşlərdə ona məşqçi lazım olur. Bu daha peşəkar səviyyədə həll edilməlidir".


Şəhriyar özü də paylaşıma şərh verərək yazılanları acı həqiqət adlandırıb: "Sözləriniz acı həqiqətdir. Adamın "like" etməyə əli də gəlmir. "Özü yıxılan ağlamaz" deyiblər. İnşallah, hər şey yaxşı olacaq, yenidən ayağa qalxacam".

 
Qeyd edək ki, Şəhriyar ötən il də sponsorsuzluqdan şikayətlənmişdi. O, çox turnirlərdə oynadığına görə yorulduğunu əsas gətirmişdi. Məmmədyarov əlavə etmişdi ki, məhz pula görə bir çox yarışlara qatılır və bu onun vacib turnirlərdə yaxşı çıxış etməsinə mane olur. Sözügedən status günlərlə ölkə ictimaiyyətində müzakirələrə səbəb oldu.


Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top