Millinin baş məşqçisi istefaya göndərildi

İDMAN 13 dek 2019, 12:23

Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərilib.

 

Demokrat.az bidirir ki, bu barədə Report-a AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov məlumat verib. 

 

Onun sözlərinə görə, xorvatiyalı mütəxəssisin İcraiyyə Komitəsinə təqdim etdiyi hesabat ətrafında qızğın müzakirələr gedib. Qərara gəlinib ki, AFFA və Yurçeviç yeni danışıqlar aparmaqda sərbəstdirlər. 

 

Qeyd edək ki, Nikola Yurçeviç Azərbaycan millisinə 2019-cu ilin fevralın 11-də baş məşqçi təyin olunub. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top