Azərbaycan noyabrda gündəlik neft hasilatını azaldıb

İQTİSADİYYAT 10 dek 2019, 13:14

Azərbaycanda noyabr ayı üzrə gündəlik neft hasilatı 776 min barel olub ki, bu da oktyabr ayı ilə müqayisədə 58 min barel azdır.


Azərbaycan Energetika Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, bunun 687 min barelini xam neft, 89 min barelini kondensat təşkil edib. 


Gündəlik 577 min barel xam neft, 82 min barel kondensat, 26,4 min barel isə neft məhsulları ixrac edilib.


Qeyd edək ki, gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair 7 dekabr 2018-ci il tarixli Razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. 


Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında orta gündəlik neft hasilatı 764 min barel təşkil edib.


Energetika Nazirliyi noyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.


Qeyd edək ki, cari ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edilib. 

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın öhdəliyi 27 min barel müəyyən edilib. Gələn ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top