Cərəyan “Azərişıq” əməkdaşını yerindəcə öldürdü

HADİSƏ 10 dek 2019, 09:01

Kürdəmir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Demokrat.az “Report”a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

 

Kürdəmir rayon, Xırdapay kənd sakini 1968-ci il təvəllüdlü Xəlilov Əhliman Aydın oğlu işıq dirəyində işləyərəkən onu elektrik cərəyanı vurub öldürüb.

 

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top