Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir - YENİLƏNİB

SİYASƏT 04 dek 2019, 17:49

Bratislava şəhərində ATƏT-in nazirlər görüşü çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilir.

 

 

 

17:01

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Bratislavada ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şefer ilə (ABŞ) görüşü başlayıb.

 

Oxu.Az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb .

 

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edir. 

 

Qeyd edək ki, E.Məmmədyarov Bratislavada ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top