İranın Baş Qərargah rəisindən Azərbaycanla bağlı MESAJ

SİYASƏT 04 dek 2019, 18:42

"İranla Azərbaycanın hərbi hava qüvvələri arasındakı əlaqələrin gücləndirilməsini prioritet istiqamətlərdən sayırıq".


Demokrat.az oxu.az-a istinadla xəbər verir ki, bunu İranın Silahlı Qüvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə keçirdiyi görüşdə deyib.


Görüşdə tərəflər əlaqələrin inkişafının müxtəlif aspektlərini, xüsusilə təhlükəsizlik və müdafiə sferasını nəzərdən keçiriblər.


Ş.Mustafayev qeyd edib ki, M.Baqerinin Azərbaycana sonuncu səfəri qarşılıqlı əməkdaşlığın möhkəmlənməsində dönüş nöqtəsidir.


Qeyd edək ki, M.Baqeri 2019-cu ilin yanvarında Azərbaycana səfərə gəlmişdi.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top