Azərbaycanda pivənin aksiz məbləği qaldırılır

İQTİSADİYYAT 03 dek 2019, 14:34

Pivənin hər min litri üçün aksiz məbləği 20 qəpikdən 40 qəpiyə qaldırılacaq.

 

Demokrat.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinqdə bildirib.

 

“Bütün vergi qanunvericiliyi hazırlanarkən istehsalçılar və istehlakçıların maraqları nəzərə alınıb. Vergilərin hər litr üçün aksiz məbləği artımı istehlakçıların xərclərinə və istehsalçıların istehsal həcminə əhəmiyyətli dərəcədə təsir etməyəcək”, - deyə S.Musayeva qeyd edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top