Bu partiyalar Milli Məclisdən uzaqlaşdırıla bilər — SİYAHI

GÜNDƏM 01 dekabr 2019, 13:30

Milli Məclisin hazırkı tərkibində müxalifəti təmsil edən partiyalar növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentdən kənarda qala bilər.


Demokrat.az "yenisabah.az"-a istinadən xəbər verir ki, bunun səbəbi artıq həmin partiyaların ictimaiyyət və beynəlxalq qurumlar tərəfindən müxalifət kimi tanınmamasıdır. Digər tərəfdən onların təmsilçilərindən bəziləri ictimaiyyətdə mənfi persona kimi qəbul olunur. 


Məlumat üçün deyək ki, hazırda Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından (YAP) başqa daha 7 partiya təmsil olunur ki, onlar müxalifət fəaliyyətində olmasalar da, özlərini müxalifət adlandırır. Həmin partiyalar aşağıdakılardır:


Ana Vətən Partiyası – sədr Fəzail Ağamalı


Vəhdət Partiyası – sədr Tahir Kərimli


Sosial Rifah Partiyası – sədr Xanhüseyn Kazımlı


Sosial Demokrat Partiyası – sədr Araz Əlizadə


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev


Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə


Böyük Quruluş Partiyası – sədr Fazil Mustafa


Bu partiyaları Milli Məclisdə yalnız sədrləri təmsil edir. İddia olunur ki, yeni parlamentdə adı qeyd edilən partiyaları müəyyən qədər müxalifətçilik fəaliyyəti olan digər siyasi təsisatlar əvəz edə bilər.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top