Azərbaycanda tanınmış alim vəfat etdi

HADİSƏ 29 noy 2019, 12:07

Tanınmış azərbaycanlı alim İsa Musayev vəfat edib.

 

Demokrat.az-ın məlumatına görə, İ.Musayev ötən gün axşam saatlarında dünyasını dəyişib.

 

Qeyd edək ki, İ.Musayev 1947-ci il noyabrın 2-də Gürcüstan Respublikasının Tetri-skaro Kosalar kəndində anadan olub. 1965-ci ildə Arıxlı orta məktəbini əlaçı attestatı ilə bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) qəbul edilib, 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiterti) “İqtisadi kibernetika” kafedrasında assisent vəzifəsinə dəvət edilib.

 

1983-cü ildə Azərbaycan EA Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Şurasında dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

 

1071-1984-cü illərdə Xalq Təsərüffatı İnstitutunun “İqtisadi informasiyanın maşınla işlənməsi” kafedrasında müəllim; 1984-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitertinin “İqtisadi informatika və AİS” kafedrasında baş müəllim vəzifələrində işləyib. 2011-2013-cü illərdə “İnformatika” kafedrasının müdiri vəzifəsində çalışıb. UNEC-in “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosenti olub.

 

83 adda elmi əsər, o cümlədən, 8 elmi monoqrafiya və 18 dərslik və dərs vəsaitinin müəllifidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top