"Qarabağ" Avroliqanın qrupunda qaldı – VİDEO

İDMAN 29 noy 2019, 01:55

"Qarabağ" Avropa Liqasında növbəti oyununu keçirib.

 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın "Sevilya" klubunun qonağı olub. "Ramon Sançes Pisxuan" stadionunda baş tutan matç meydan sahiblərinin 2:0 hesablə qələbəsi ilə yekunlaşıb. Hesabı 61-ci dəqiqədə Brayan Gil açıb. Əlavə vaxtda isə Munas Dabbur fərqlənib.

 

Qrupun digər oyununda Cənubi Kipr APOEL-i səfərdə Lüksemburqun "Düdelanj" klubuna 2:0 hesabı ilə qalib gəlib. Bununla da xallarını 7-yə yüksəldən APOEL 1/16 finala vəsiqəni təmin edib. Aktivində 4 xal olan "Qarabağ" son turda evdə "Düdelanj"ı yensə, APOEL "Sevilya"ya uduzsa, xallar bərabərləşəcək. Amma Cənubi Kipr təmsilçisi şəxsi oyunlarda Azərbaycan çempionundan üstün olduğundan növbəti mərhələyə vəsiqəni təmin edib. 

 

Qeyd edək ki, 15 xalla birinci pillədə qərarlaşan "Sevilya" npvbəti mərhələyə vəsiqəni ötən tur təmin etmişdi. 3 xalı olan "Düdelanj" isə son turda "Qarabağ"la 3-cü yer uğrunda mübarizə aparacaq.


 
Avropa Liqası
Qrup mərhələsi
A qrupu

28 noyabr
Sevilya (İspaniya) - Qarabağ (Azərbaycan) 2:0
Qollar: Brayan Gil, 61. Munas Dabbur, 90+2.


Sevilya: 13. Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriso (k), 7 Roni Lopes (30. Brayan Gil, 54), 9. Munas Dabbur, 11. Munir El Haddadi, 14. Çiçarito (22. Franko Vaskes, 62), 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres (26. Xose Mena, 68).
Ehtiyat oyunçular: Tomas Vatslik, 5. Lukas Okampos, 12. Xules Kunde, 34. Felipe.
Baş məşqçi: Xulen Lopeteqi.


Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero (11. Mahir Emreli, 70), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov (7. Araz Abdullayev, 69), 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 21. Hacıağa Hacıyev, 23. Faysal Rerras.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Mahbod Beigi, Martin Strömberqsson (İsveç).
Hakim-inspektor: Laurent Duhamel (Fransa).
UEFA nümayəndəsi: Paul Daniel Zaharia (Rumıniya).
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu.

 

 

Qaynarinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top