“Astana” “Mançester Yunayted”ə qalib gəldi – Qazaxıstanda SENSASİYA

İDMAN 28 noy 2019, 22:17

UEFA Avropa Liqasında V turunda sensasiyalı nəticə qeydə alınıb. 

 

L qrupunda çıxış edən “Astana” Qazaxıstanda "Mançester Yunayted” üzərində gözlənilməz qələbə qazanıb - 2:1.

 

Hesabı 10-cu dəqiqədə Cessi Linqard açsa da, 55-ci dəqiqədə Dmitriy Şomko bərabərlik qoluna imza atıb. 62-ci dəqiqədə Bernardın avtoqolu ilə “Astana”nın qələbəsi rəsmiləşib. 

 

Qeyd edək ki, “Mançester Yunayted” 10 xalla qrup lideridir və növbəti mərhələyə vəsiqəni hələ ötən tur təmin edib. “Astana” isə bu qələbə sayəsində 3 xal əldə etsə də, qrupun sonuncusudur. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top