Şəkidə çörək sexində partlayış baş verdi – Xəsarət alan var

HADİSƏ 28 noy 2019, 21:22

Şəkidə çörək sexində partlayış baş verib.

 

Demokrat.az xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayış zamanı 1 nəfər xəsarət alıb.

 

 Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alan qadının vəziyyəti orta ağırdır. Kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki MRX-ya çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir. 

 

Ona lazımi tibbi yardım göstərilib, müalicəsi davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top