YAP Siyasi Şurası partiyanı təmsil edən deputatlara parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi TÖVSİYƏ ETDİ

HADİSƏ 28 noy 2019, 12:25

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə  bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

 

APA-nın məlumatına görə, Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.
 

Qeyd edək ki, bu gün saat 14.00-da YAP-ı təmsil edən millət vəkilləri partiyanın mərkəzi qərargahında toplantı keçirəcəklər. Onların hakim partiya Siyasi Şurasının tövsiyəsi əsasında Prezident İlham Əliyevə müraciət edəcəkləri gözlənilir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top