YAP-ın Siyasi Şurasının iclası başladı — FOTOLAR

HADİSƏ 28 noy 2019, 11:39

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclası keçirilir.

 

Demokrat.az-ın xəbərinə görə, iclasda Baş Nazir Əli Əsədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Baş Nazirin sabiq müavini Əli Həsənov və Şuranın digər üzvləri iştirak edirlər.
 

İclasın gündəliyi ictimaiyyətə açıqlanmayıb. Toplantının növbədənkənar parlament seçkiləri ilə əlaqədar olması ehtimal edilir.
 

Siyasi Şuranın iclasından sonra YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək.(Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top