"Azərbaycan ərazilərinin bir hissəsini işğal etmiş ölkənin səfirinin bu cür mövqeyi yersizdir" — Lyudmila Denisova

SİYASƏT 27 noy 2019, 20:33

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə səlahiyyətli nümayəndəsi Lyudmila Denisova “Silahlı münaqişə şəraitində uşaq hüquqlarının qorunması” mövzusunda Kiyevdə keçirilən beynəlxalq tədbirdə Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyanın mövzudan kənar və yersiz çıxışına münasibət bildirib.


Demokrat.az xəbər verir ki, Lyudmila Denisova tədbirin bağlanış mərasimindəki çıxışında bu məsələyə toxunaraq deyib: 


“Azərbaycan nümayəndə heyətinin mövzu ətrafında çıxışı zamanı Ermənistanın Ukraynadakı səfirinin təhrif olunmuş bəyanatı yolverilməzdir. Azərbaycanın ərazilərinin bir hissəsini işğal etmiş ölkənin səfirinin bu cür mövqeyi yersizdir”.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top