Oqtay Şirəliyev Əkbər Ağayevi vəzifəsindən azad etdi

SİYASƏT 27 noy 2019, 09:56

Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru işdən çıxarılıb.
Demokrat.az Unikal.org-a istinadən xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə, Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru Əkbər Ağayev vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

 

Nazirin digər əmri ilə həmin vəzifəyə Tural Rzayev təyin edilib. T.Rzayev bu təyinata qədər 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri işləyib.

 

Xəbəri Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən  təsdiqləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top