Əli İnsanovun partiyasının adı oğurluq çıxdı – ŞOK İDDİA (FOTOLAR)

SİYASƏT 26 noy 2019, 23:29

Sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq və Ədalət Partiyası (HƏP) ilə bağlı Musavat.com-a ilginc məlumat daxil olub.

 

Məlumatda Ə.İnsanovun partiyasının adının plagiat olması və bunu onun çevrəsindəki çox adamın bilməsi qeyd olunur.

 

Belə ki, 2006-cı ilin sonunda Qərbi Azərbaycana Qayıdış Birliyinin rəhbəri Rizvan Talıbov Haqq və Ədalət Partiyasının təsis qurultayının keçirilməsinin təşkili üçün 21 nəfərdən ibarət təşkilat komitəsi qurub və elan edib. Qısa zaman içində Təşkilat Komitəsinə yeni üzvlər daxil oldu və TK-nın sayı 55 nəfərə çatıb. Ə.İnsanov da o zaman vəkili vasitəçiliyi ilə HƏP-in qurulması işindən xəbərdar olub.

 

Bundan öncə, 2005-ci ildə isə Haqq və Ədalət Siyasi Bloku yaradılıb. Həmin vaxt Ə.İnsanov səhiyyə naziri olub. Seçkidən sonra blok fəaliyyətini dayandırıb və R.Talıbov Haqq və Ədalət Partiyasının Təşkilat Komitəsini elan edib.

 

Redaksiyamıza məlumat verən mənbə deyir ki, həmin vaxt bu partiyanın qurulması ilə bağlı media orqanları da yazıb və bu səbəbdən Ə.İnsanovun partiyasına "oğurluq ad" qoyması birmənalı qarşılanmayıb. Buna sübut olaraq R.Talıbovun eyni adda qəzetə rəhbərlik etməsi, daha doğrusu, zamanında "Haqq və Ədalət" adlı qəzet nəşr etdirməsi də sübutlar sırasındadır.

 

Musavat.com xatırladır ki, partiya üzvü kimi cəmiyyətə təqdim olunan, daha sonra da bununla bağlı təkzib verən İsfəndiyar Vahabzadə də müsahibəsində qeyd edib ki, o,partiyanın adının İttihad və Tərəqqi olmasını təklif edib, amma çoxluq HƏP adına səs verib.

 

Musavat.com bəzi arxiv materiallarını araşdıranda R.Talıbovun baş redaktor olduğu qəzet üzə çıxıb. Bundan başqa, bir çox media orqanlarında 2006-cı ildən etibarən R.Talıbov Haqq və Ədalət Blokunun həmtəsisçisi, həmsədri kimi təqdim olunub.

 

Sözügedən iddianı və ortadakı foto faktları R.Talıbovla dəqiqləşdirmək istəsək də, o, bu barədə danışmağın tez olduğunu bildirdi. Mövzunu davam etdirəcəyik.

 

foto 1.jpg (56 KB)

foto 2.jpg (68 KB)

foto 3.jpg (105 KB)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top