AFFA "Qarabağ" və "Sumqayıt"ı cərimələdi

İDMAN 26 noy 2019, 14:08

AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

 

Qurum "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə 3 oyunluq cəza kəsib. Buna oyunçunun "Sumqayıt"a uduzduqları (1:2) matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Buna görə, klub 2400 manat cərimə olunur.

 

Həmin görüşdə, həmçinin “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. (Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top