Gəncədə yataqxana binasında yanğın baş verdi – xəsarət alan var

HADİSƏ 24 noy 2019, 19:27

Gəncənin Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib. 

 

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, binanın beşinci mərtəbəsində, ümumi sahəsi 41 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb.

 

Yanğın zamanı 1 nəfər xəsarət alıb, 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

 

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top