Gəncədəki zəncirvari qəzada 4 maşın toqquşdu

HADİSƏ 24 noy 2019, 16:51
Gəncə şəhərində 4 maşının toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə nəticəsində "Mercedec E-Class" markalı avtomobillə "VAZ 2107","VAZ 2106" və "VAZ 2109" markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. İlkin məlumata görə, qəza "VAZ 2106" markalı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top