Bu gün qaz istehlakı rekord həddə çatdı

İQTİSADİYYAT 24 noy 2019, 15:54
Bu gün “Azəriqaz” İstehsalat Birliyinin abonentlərin qazla təminatı üçün qəbul etdiyi qazın həcmi rekord həddə çatıb. Bu barədə Demokrat.az-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib. C.Səfərovun sözlərinə görə, ilk dəfədir ki, noyabr ayında belə göstərici qeydə alınır: “Belə ki, 23noyabrda Birlik üzrə cəmi qəbul olunan qazın həcmi 32 milyon 994 min kubmetrdən çox olub. Bundan Bakı və Abşeron yarımadasının payına 18 milyon 295 min kubmetr, regionların payına isə 14 milyon 699 min kubmetr düşüb. Ötən il noyabr ayının 23-də "Azəriqaz" İB üzrə cəmi qaz qəbulu 25 milyon 529 min kubmetr olub. Həmin dövrlə müqayisədə günlük artım 7 milyon 465 min kubmetrdir. O cümlədən, Bakı və Abşeron yarımadası üzrə ötən ilin eyni günü ilə müqayisədə artım 2 milyon 939 min kub metr, regionlar üzrə isə 4 milyon 526 min kubmetr olub”. Qurum rəsmisi deyib ki, ötən gün - noyabrın 22-i ilə müqayisədə bu gün 1 milyon 526 min kubmetr çox qaz qəbul olunub: “ 22 noyabrda “Azəriqaz” İB üzrə cəmi qaz qəbulu 31 milyon 468 min kub metrə bərabər olub. Qeyd edək ki, soyuq aylarda qaz sərfiyyatının günlük olaraq 35 milyon kub metri keçməyəcəyi proqnozlaşdırılırdı. Lakin mövcud vəziyyət gözləntilərdən fərqli rəqəmlərin ortaya çıxacağına ehtimal yaradır. Buna baxmayaraq “Azəriqaz” İB qışa hazırlıqla bağlı önləyici tədbirləri də diqqətdə saxlayıb. Ona görə də qaz təchizatında hər hansı bir problemin yaranmaması, rejimlərə uyğun normal qaz təminatının həyata keçiriləcəyinə çalışılacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top