Azərbaycanda bir ailənin 7 üzvü dəm qazından zəhərləndi

HADİSƏ 24 noy 2019, 12:43

Bu gün axşam saatlarında Salyan rayonunda bir ailə dəm qazından zəhərlənib.

 

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Qızılağac kəndində bir evdə yaşayan ailənin 7 nəfət üzvü, qızdırıcı qaz sobasının nasazlığı ucbatından dəm qazının evə dolması nəticəsində zəhərlənib.Hadisə nəticəsində kənd sakinləri 30 yaşlı Günel Bəxtiyar qızı Mehralıyeva və üç azyaşlı uşağı, bacısı 29 yaşlı Aygün Səfərova, onun 1 aylıq körpəsi və həyat yoldaşı Məhi Zeynal oğlu Səfərov dəm qazından zəhərlənmə diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılacaqları gözlənilir.

 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top