Sərdar Cəlaloğlu: “Müxalifətin aksiyaları demokratiyaya xidmət etmir”

SİYASƏT 23 noy 2019, 10:39

“Aksiyaların olmamasını cəmiyyətdən sosial sifarişin gəlməməsi ilə əlaqələndirməzdim. Bundan qabaq keçirilən aksiyalar da sosial sifariş deyildi. Sadəcə, subyektiv fikirlərdən, qrup maraqları baxımdan arada belə addımlar atırlar. Əgər milli tələbat olsaydı, fərqli mənzərə ilə qarşılaşardıq. Necə ki, İraqa, İrana, eləcə də Fransaya baxın. Görün, orada xalqlar necə çıxış  edir. Azərbaycanda müxalifətin mitinq taktikasını isə səhv sayıram. Çünki bu aksiyalar fərdi maraqlara xidmət edir və demokratiyanın inkişafına kömək etmir”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat” qəzetinə açıqlamasında deyib.

 

S.Cəlaloğlu hesab edir ki, həmin aksiyalar partiya liderlərinin maraqlarına uyğun idi: “Bu aksiyalar cəmiyyəti fəallaşdırmır, təşkilatlandırmır, ümumxalq cəbhəsini gücləndirmir.

 

Əksinə, bu cür aksiyalardan sonra qarşılıqlı ittihamlar başlanır, qısqanclıqlar yaranır, “ara qarışır, məzhəb itir”. Yəni demokratiya elə bir dəyərdir ki, özünə yamaq götürmür".

 

ADP sədri son iki ayda keçirilən piket və aksiyalardan partiya sədrlərinin hansı divident götürdüklərini açıqladı: “Qoy cəmiyyət görsün ki, məsələn, yeganə lider və təşkilat Milli Şuradır, hamısı satqındır. Bu aksiyalarda qabağa düşmək, fürsətcillik cəhdləri də var. Yəni, müxalifətin bu aksiyaları demokratiyaya xidmət etmir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top