Xəzərdə neftçi batıb

HADİSƏ 18 noy 2019, 16:09

"SOCAR" dənizdə batan şəxsin kimliyinə aydınlıq gətirib. 

 

"SOCAR”ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov  bildirib ki, dənizdə batdığı bildirilən İlqar Şərifov neftçidir: "Lakin o, "SOCAR”ın əməkdaşı deyil. İlqar Şərifov "AzGerneft”in əməkdaşıdır. "AzGerneft” MM isə "SOCAR”ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb. Hazırda onun axtarışları davam etdirilir”. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top