Gəncədə sərxoş oğul atasını qətlə yetirdi

HADİSƏ 15 noy 2019, 23:52

Gəncədə dəhşətli qətl hadisəsi baş verib.  

 

Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, münaqişə zəminində oğul atasını qətlə yetirib.  

 

Gəncə şəhər Dəmiryolu, 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb. 

 

Cinayəti törədərkən oğulun sərxoş olduğu bildirilir.  

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, qatil saxlanılıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top