Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi

HADİSƏ 15 noy 2019, 17:12

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlara növbəti dəfə baş çəkib.

 

Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, BQXK nümayəndələri noyabrın əvvəlində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkiblər.

 

Bu barədə girovların ailələri də məlumatlandırılıb.

 

Xatırladaq ki, 2014-cü ilin iyul ayında azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan digər soydaşımız Həsən Həsənov öldürülüb.

 

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevə "məhkəmə” hökmü çıxarılıb. D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top