AVRO-2020-nin final mərhələsini Azərbaycanda yayımlayacaq kanal bəlli oldu – VİDEO

İDMAN 05 noy 2019, 18:59

AVRO-2020-nin final mərhələsinin oyunlarını Azərbaycanda yayımlayacaq kanalın adı bəlli olub. 

 

Oxu.Az xəbər verir ki, qitə birinciliyinin final mərhələsinin matçları azərbaycanlı azarkeşlərə İctimai Televiziya vasitəsilə göstəriləcək.  

 

Artıq sözügedən telekanal yayım hüququnun alınması ilə bağlı razılığı əldə edib. 

 

Qeyd edək ki, 12 iyun – 12 iyul tarixləri arasında keçiriləcək final mərhələsi ilk dəfə Avropanın 12 şəhərində keçiriləcək. 

 

Qrup mərhələsindəki üç oyun və bir 1/4 final matçı isə paytaxtımızda, Bakı Olimpiya Stadionunda baş tutacaq. 

 

Final mərhələsinin püşkatma mərasimi noyabrın 30-da Buxarestdə keçiriləcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbir İTV-də canlı yayımlanacaq. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top