Qadın şahmatçılarımız Ermənistanı mat etdi — 27 ildən sonra böyük uğur

İDMAN 02 noy 2019, 16:55

Batumidə keçirilən Avropa çempionatında qadın şahmatçılarımız böyük uğura imza atıblar. 

 

Son turda Ermənistan yığması ilə mübarizə aparan şahmatçılarımız Günay Məmmədzadə Lilit Mkrtçyanı, Ülviyyə Fətəliyeva Mariya Gevorqyanı məğlub ediblər. Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.

 

Ümumilikdə görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra Avropa çempionatında üçüncü yerə layiq görülüb. (Azvision.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top