Güləşçimiz Dünya Çempionatına erməni üzərində qələbə ilə başladı

İDMAN 02 noy 2019, 16:17

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

 

Altıncı yarış günündə son dörd yunan-Roma güləşi üzrə idmançımız mübarizəyə qoşulub.

 

Bunlar Əsgər Əlizadə (-60 kq), Namaz Rüstəmov (-67 kq), Sənan Süleymanov (-72 kq) və Arif Niftullayevdir (-97 kq). Artıq Namaz Rüstəmov ilk görüşünü keçirib. O, təsnifat görüşündə Rusiyanı təmsil edən erməni Alen Mirzoyanla qarşılaşıb. İdmançımız 3:5 hesabı ilə uduzsa da, təkrara baxıldıqdan sonra Namazın iki xal qazandığı görünüb. Nəticədə hakim daha iki xalı idmançımıza verib. Hesab 5:5 olduğundan və belə başa çatdığından, son xal prinsipinə əsasən idmançımız qalib elan edilib.

 

Qeyd edək ki, bu gün Zaur Əliyev (-55 kq) bürünc medal görüşünə çıxacaq. (BAKU.WS)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top