Teymur Rəcəbov Dünya Kubokunu qazanıb reytinqdə irəlilədi

İDMAN 02 noy 2019, 09:12

Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq siyahısını açıqlayıb.  

 

Kişi şahmatçılarımız 100 qrossmeysterin yer aldığı reytinqdə irəliləyib.  

 

Şəhriyar Məmmədyarov 2772 xalla 8-ci sıradadır. Dünya Kubokunu qazanmış Teymur Rəcəbov isə 15-ci yerdən 9-cu pilləyə yüksəlib. Teymuru Şəhriyardan beş xallıq fərq ayırır.  

 

100-lükdə digər iki şahmatçımız Qədir Hüseynovla Nicat Abbasovdur. Qədir (2660) 83-cü, “Grand Swiss” turnirində yaxşı çıxış etmiş Nicat Abbasov (2655) isə 100-lüyə daxil olaraq 93-cü olub.  

 

Qadınlardan da dörd şahmatçı Top-100-də yer alıb.  

 

Reytinqdə ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2427 xalla 38-ci sıradadır.  

 

Gülnar Məmmədova (2369) 97-ci, Xanım Balacayevə (2368) 98-ci, Ülviyyə Fətəliyeva (2368) isə 99-cu pillədədir.  

 

Gənc oğlanlarda Azərbaycandan yalnız Vüqar Əsədli var. 18 yaşlı şahmatçımız 2513 xalla 64-cüdür.  

 

19 yaşlı Günay Məmmədzadə və 18 yaşlı Xanım Balacayeva həm də gənclərin reytinqində yer alır. Günay 2427 xalla 4-cü, Xanım 2368 xalla 14-cü yerdədir.  

 

Bundan başqa, Nərmin Məmmədova (2282) 43-cü, Gövhər Beydullayeva (2276) 47-ci və Aydan Höccətova (2238) 72-cidir.  (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top