"Qarabağ" "Kəpəz"in rekordunu yenilədi

İDMAN 30 okt 2019, 22:23

Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. 

 

Demokrat.az PFL-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bunu Premyer Liqanın IX turunun “Səbail”lə görüşündə rəsmiləşdirib. 

 

1:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb. Cari mövsümün 9 görüşündə uduzmayan “Qarabağ” ötən çempionatın son 20 matçında da məğlub olmayıb. 2018-ci il oktyabrın 28-də keçirilən VIII turun “Neftçi” ilə səfər qarşılaşmasından (1:3) sonra son çempion 23 qələbə qazanıb və 6 heç-heçə edib.

 

Bu, texniki nəticələr nəzərə alınmamaqla Azərbaycan çempionatları tarixinin yeni rekordudur. Bunadək ən yüksək göstərici 1997-98-ci illərdə ardıcıl 28 matçda uduzmayan “Kəpəz”ə məxsus idi. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top