Banklar real sektora kifayət qədər vəsait ayırmırlar – VİDEO

İQTİSADİYYAT 20 okt 2019, 21:34

Banklar real sektora kifayət qədər vəsait ayırmırlar. Bunun əvəzində isə istehlak kreditlərinə üstünlük verirlər. Ekspertlər bankların intensiv şəkildə biznes kreditləri verməsi üçün çoxsaylı problemlərin həll edilməsinin vacibliyini vurğulayırlar.

 

Hazırda bankların kredit portfelində əsas üstünlüyü istehlak kreditləri təşkil edir. İqtisadiyyatın real sektoruna, xüsusilə biznes sahəsinə qoyulan yatırımlara maraq olduqca zəifdir.

 

Ekspert Ruslan Atakişiyev bildirir ki, bankların real sektora maliyyə yatırımı etməməsinin bir sıra səbəbləri var. Məsələn kənd təsərrüfatı sahəsi banklar tərəfindən ən riskli sahələrdən biri sayılır və buna görə bu sahəyə kredit verməkdə maraqlı deyillər.Bundansa qısa müddətə çox gəlir əldə etmək üçün istehlak kreditlərinə yönəlməyə üstünlük verirlər. Sahibkarları sinifləndirəndə isə banklar ancaq iri sahibkarla işləməkdə maraqlı olurlar.

 

Ekspert Ruslan Atakişiyev bildirir ki, biznes kreditlərinin genişlənməsi üçün bazarda maliyyə vasitələri çoxalmalıdır.

 

Ekspertin sözlərinə görə hazırda bankların kredit portfelinin 43 faizini istehlak kreditləri tutur. Biznes sahələrinin kreditləşməsi isə çox aşağıdır. Real sektorun maliyyələşməsini artırmaq üçün biznes kreditlərinin faiz dərəcələri aşağı salınmalı, kiçik və orta sahibkarlar üçün kreditlərə daha geniş çıxış imkanları yaradılmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top