Rusiya istehsalı olan döyüş təyyarəsi qəzaya uğradı — Pilotlar həlak oldu

HADİSƏ 18 okt 2019, 10:55

Venesuela Hərbi Hava Qüvvələrinə məxsus Su-30 döyüş təyyarəsi qəzaya uğrayıb. 


Demokrat.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, hadisə ölkənin Quariko ştatında təyyarənin Manueliya Riosa hərbi bazasından uçuşdan bir neçə dəqiqə sonra baş verib. 


Prezident Nikolas Maduro qəza hadisəsinin araşdırılması ilə bağlı tapşırıq verib. 


Xəbərdə qeyd edilir ki, Venesuela Hərbi Hava Qüvvələrinə məxsus Su-30 təyyarəsinin ilk qəzası deyil. 


2015-ci ildə də Rusiya istehsalı olan Su-30 döyüş təyyarəsi Kolumbiya ilə sərhəddə qəzaya uğramışdı. Lakin Maduro Rusiyadan bu təyyarələrin almasını dayandırmamış, əksinə daha 12 Su-30-un alınmasını həyata keçirmişdir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top