Dənizə düşən şəxsin meyiti çıxarıldı

HADİSƏ 16 okt 2019, 23:07

Bakıda bir nəfər dənizə düşərək boğulub. 

 

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Səbail rayonu ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.  

 

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suya düşən şəxsin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib. 

 

Ölmüş adamın şəxsiyyəti dəqiqləşdirilir. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top