Ermənilər Avropaya 30 avroya uçacaq

HADİSƏ 16 okt 2019, 17:51

Avropanın ən böyük aşağı büdcəli aviaşirkəti olan “Ryanair” Avropa Birliyi ərazisindən Ermənistana birbaşa uçuşlar edəcək.


Demokrat.az xəbər verir ki, bu barədə məlumat oktyabrın 16-da şirkətin rəsmi saytında yayımlanıb. 


Məlumatda bildirilir ki, artıq bu barədə razılaşma əldə edilib. İlk uçuşlar Yerevandan Berlin, Roma və Milana təşkil ediləcək. 


Həmçinin, Ermənistanın Gümrü şəhərindən Almaniyanın Memmingen şəhərinə də birbaşa reys açılacaq.


Bu, “Ryanair”in Ermənistanla olan ilk müqaviləsidir. Odur ki, 2020-ci il mayın 20-dək olan bütün uçuşların qiyməti 29.99 (55 manat) avro olacaq.

 

Related image


Qeyd edək ki, qonşu Gürcüstan da bir neçə aşağı büdcəli hava yolları şirkətlərinə qucaq açıb. Məsələn, Macarıstanın “WizzAir” şirkəti Gürcüstanın Kutaisi şəhərindən əvvəlcə 5, hazırda isə 10-dan artıq istiqamətdə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tbilisidən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 8-10 manat). Bakıdan Tbilisiyə getməyin qiyməti isə avtobusla 15 manatdır.


Türkiyənin aşağı büdcəli hava yolu şirkətlərindən “Pegasus” və “AtlasJet” Gürcüstanın paytaxtı Tbilisidən Avropanın istənilən böyük şəhərlərinə uçuşlar təşkil edir. Qiyməti isə 70-80 avro civarındadır.


Azərbaycandan isə Avropaya ən sərfəli çıxış Macarıstan Hava Yolları Şirkəti “WizzAir”-lə mümkündür. Birinci və beşinci günlər təşkil edilən uçuş təkcə Macarıstanın paytaxtı Budapeştədir. Qiymətlər isə uzaq tarixə 80-160 avro arası dəyişir.

 

Related image


Ancaq bu, “WizzAir”-in Azərbaycana ilk gəlişi deyil. 2013-cü ilin yayında Bakıya açdığı ilk reyslərin qiyməti təxminən 40-60 avro arası dəyişirdi. Ancaq həmin reys 1 il sonra bağlandı. Şirkət açıqlamasında Bakı Hava Limanının tələb etdiyi hava limanı xərcini qarşılya bilmədiyini bildirmişdi. 2016-cı ildə isə yenidən Bakı-Budapeşt uçuşlarına başlayan “WizzAir”-in qiymətləri əvvəlki kimi ucuz olmadı.


“WizzAir”-in ölkəyə ikinci dönüşü zamanı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, macar aviaşirkətinə Budapeştə uçuşları Qəbələdən yerinə yetirmək təklif olunsa da, onlar bunu qəbul etməyiblər. Bakıdan uçmaqda israr ediblər. Son nəticədə AZAL “WizzAir”lə razılaşıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top