Bakı Limanının əməkdaşları ATƏT-in beynəlxalq konfransda iştirak edib — FOTOLAR

HADİSƏ 16 okt 2019, 17:33

14 və 15 oktyabr tarixində Bakı Limanının Baş direktorunun müavini Əkbər Kərimov, istismar xidmətinin müdiri Yucin Si, Baş direktorun müşaviri Aynur Səmədova Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATAT) mənzil qərargahında ekologiya mövzusunda keçirilən konfransda iştirak ediblar.


Demokrat.az xəbər verir ki, konfrans zamanı müxtəlif sessiyalarda ATƏT-in ekoloji öhdəliklərinin icrasını nəzərə alaraq su idarəçiliyi, təbii ehtiyatların davamlı idarə edilməsinin gücləndirilməsi, ola biləcək problemlərin riskini azaltmaq üçün suyun daha səmərli şəkildi idarə edilməsi ilə bağlı ən yaxşı təcrübələr və ATƏT çərçivəsində ekoloji əməkdaşlığın genişləndirilməsi badərə diskusiyalar olunub.


Qeyd edək ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və ATƏT “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsini realladırmaqdadır. 


Layihə çərçivəsində Bakı, Aktau, Kurik və Türkmənbaşı limanlarının avtomatlaşdırma və rəqəmsallaşdırma proseslərinin yol xəritəsinin hazırlanması, bərpa olunan enerjinin istifadəsi imkanlarının araşdırılması üçün müvafiq texniki-iqtisadi əsaslandırmanın yazılması hayata keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top