“Elinanın ölümü bu qədər ucuzdurmu?” - Vəkillər cəzadan narazıdır

HADİSƏ 16 okt 2019, 15:35

Xəbər verdiyimiz kimi, bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib.

 

İttiham tərəfinin vəkilləri cəzadan narazılıqlarını ifadə ediblər. Vəkil Sevinc Əliyeva bildirib ki, Sevinc Abbasovanın ev dustağı olması nəzərə alınıb: “Nəticədə 2 il 6 ay azadlıqdan məhdudlaşdırıldı. Bu, biabırçılıqdır. Onun hər iki maddə ilə təqsirli olması birbaşa sübuta yetirilib. İş yetkinlik yaşına çatmayan şəxsin ölümüylə nəticələnib. Baş vermiş hadisənin mahiyyətinə, ağırlığına varılmadı. Bu qədər ucuzdurmu uşağın ölümü? Gözlədiyimizdən təxminlərimizdən də yüngül cəza təyin olundu. Heç azadlıqdan məhrum etmə ilə bağlı cəza istəmədilər”.

 

Xatırladaq ki, dövlət ittihamçısı keçmiş direktorun 3 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını tələb edib. Amma Abbasova ev dustaqlığında olduğu üçün prokuror 6 ay müddəti çıxılmaqla, yekun olaraq onun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.(Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top