FHN-in əməkdaşları su quyusuna düşmüş pişiyi xilas etdi

HADİSƏ 15 okt 2019, 22:36

Bakının Xəzər rayonunda pişik dərinliyi 19 metr olan su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb. 

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olub. 

 

 Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına gələrək pişiyi su quyusundan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top