Vasim Məmmədəliyev dəfn olundu – FOTO

HADİSƏ 14 okt 2019, 17:00

Akademik Vasim Məmmədəliyev BDU-da keçirilən vida mərasiminin ardından İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Demokrat.az ''Report''a istinadən xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Dəfn mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Atatürk Mərkəzinin sədri, deputat Nizami Cəfərov, rəsmi şəxslər, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top