Millimizin geyimi tənqid olundu - "Elə bil yasa gediblər"...

İDMAN 14 okt 2019, 16:27

AFFA-nın Azərbaycan millisi üçün hazırladığı yeni geyim dəsti tənqidlə qarşılanıb.

 

Futbolçuların yeni dəstinin - kostyum, köynək və ayaqqabının hamısının büsbütün qara rəngdən ibarət olması mənfi aura yaradıb.

 

Bu səbəbdən sosial şəbəkələrdə bu geyim tərzini ələ salanlar da olub. "Elə bil yasa gediblər" - deyə onlar bildiriblər.

 

Qeyd edək ki, bu geyimi futbolçularımız Macarıstanla "Avro-2020"nin səfər matçından əvvəl geyiniblər. (offsideplus.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top