Amerikalı konqresmenlər Xocalıya qanunsuz səfər etdilər — FOTOLAR

HADİSƏ 10 okt 2019, 11:45

Amerikalı konqresmenlər Cudi Çu və Ceki Şpeyer Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər ediblər.


Demokrat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onların olduğu mülki helikopter Azərbaycanın dünya birliyi tərəfindən tanınan hava sərhədlərini pozaraq, Xocali aeroportuna eniş edib.


Aeroportda onları qondarma rejimin “vitse-spiker”i Vaqram Balayan və “xarici işlər nazirinin müavini” Armine Aleksanyan qarşılayıb.


Xatırladaq ki, bundan öncə, daha bir konqresmen – Frenk Pallone də Dağlıq Qarabağa helikopterlə səfər etmişdi. (modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top