Kocaelidə Nəsiminin 650 illiyi ilə bağlı tədbirlər keçiriləcək

HADİSƏ 09 okt 2019, 18:39

Azərbaycanın dahi şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər ölkəmizlə yanaşı, Türkiyədə də təşkil ediləcək.


Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar AZƏRTAC-a bildirib ki, Federasiyanın və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə Kocaeli şəhərində silsilə tədbirlər keçiriləcək.


Oktyabrın 18-19-da Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Kocaeli Universitetində və Heydər Əliyev Mərkəzində tədbirlər keçiriləcək. Tədbirdə nəsimişünas alimlər və ədəbiyyatçılar çıxış edəcək, universitetdə təhsil alan müxtəlif ölkələrin tələbələrinə Nəsimi irsi barədə məlumat veriləcək. Bundan başqa, Kocaeli televiziyasında türkiyəli alimlər Nəsiminin fəlsəfi ideyalarından danışacaqlar.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top