Bu tarixdən 17 min manatadək əmanətlər qaytarılacaq

İQTİSADİYYAT 07 okt 2019, 22:41

Ləğv prosesində olan "Atrabank” ASC”, "Royalbank” ASC, "Kredobank” ASC, "Zaminbank” ASC, "Bank of Azerbaijan” ASC, "Qafqaz İnkişaf Bankı” ASC, QSC "Bank Standard” KB, "Yunayted Kredit Bank” ASC, "Texnikabank” ASC, "Dəmirbank” ASC və "Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə "Kapitalbank” ASC vasitəsilə oktyabrın 16-dan başlanacaq.

 

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun məlumatında deyilir.

 

Fiziki şəxslərin kreditor tələbinin ödənilməsi ilə bağlı "Kapitalbank” ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top