Azərbaycan millisinin heyətində daha bir DƏYİŞİKLİK

İDMAN 07 okt 2019, 14:45

Azərbaycan millisi komandası Bəhreynlə yoldaşlıq görüşü və Macarıstanla AVRO-2020-nin seçmə oyunu ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib. 

 

Mahir Mədətov "Qarabağ"ın heyətində "Sabah" komandası ilə Azərbaycan Premyer Liqasının VII tur matçında zədələnib. Bu səbəbdən, 23 yaşlı hücumçu hər iki matç üçün açıqlanmış heyətdən çıxarılıb. 

 

Əvəzində “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət alıb.

 

"Qarabağ"ın Lüksemburqda "Düdelanj"la keçirdiyi Avropa Liqasının II tur matçında zədələnmiş Qara Qarayevin isə millinin matçlarında iştirakı üçün heç bir problemin olmadığı müəyyənləşib. 

 

Daha əvvəl "Neftçi"nin zədəli qapıçısı Səlahət Ağayevin əvəzində "Sumqayıt"dan Mehdi Cənnətova dəvət göndərilib.  

 

Qeyd edək ki, Bəhreynlə oyun oktyabrın 9-da, Macarıstanla qarşılaşma isə oktyabrın 13-də olacaq. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top