Bakıda çoxmərtəbəli binadakı yanğında iki nəfər zəhərləndi

HADİSƏ 04 okt 2019, 10:03

Ötən gün axşam saatlarında Bakıda yaşayış binasında baş verən yanğında iki nəfər zəhərlənərək xəstəxanaya çatdırılıb.

 

Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində qeydə alınan yanğın zamanı iki nəfər bina sakini, 1974-cü il təvəllüdlü İmanova Rühəngiz Kərəm qızı və 2004-cü il təvəllüdlü Umudova Hüsniyyə Azər qızı zəhərlənərək 1 saylı Kliniki Mərkəzin toksikologiya şöbəsinə yerləşdiriliblər.

 

Şöbədən Trend-ə verilən məlumata görə, hər iki şəxsə dəm qazından yüngül zəhərlənmə diaqnozu qoyulub. Bildirilib ki, xəstələrin səhhətində ciddi problem olmadığından onlar ambulator müalicəyə yola salınıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top